"Zirə" Samir Abasovla yolları ayırdı

Bu gün klub rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib.
 
Sport7.az xəbər verir ki, görüş zamanı "Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub. Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.

"Zirə” PFK Samir Abasova göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR