"Zirə" toplanışı qələbə ilə yekunlaşdırdı - YENİLƏNDİ

Təlim-məşq toplanışını Antalyada davam etdirən "Zirə" bu gün növbəti matçını keçirib.
 
Sport7.az xəbər verir ki, Bakı klubunun rəqibi Serbiya təmsilçisi "Napredak" olub. "Fanatik tur"un meydançasında baş tutan qarşılaşma "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 2:0.
 
Bu "Zirə"nin toplanış çərçivəsindəki 3-cü, sonuncu matçı olub. İlk qarşılaşmada Türkiyə təmsilçisi "Ürmaniyəspor"a məğlub olan (0:3) Azərbaycan klubu ikinci görüşdə Rumıniya "Sepsi"si üzərində 2:0 hesablı qələbə qazanıb.
 
Yoxlama oyunu
 
16.00. "Zirə" - "Napredak" (Serbiya) 2:0
(Riçard Qadze, 29, Davit Volkov, 63)
 
"Zirə": Orxan Sadıqlı, Alie Sesay, Yovan Krneta, Rauf Hüseynli, Alvaro Ampuero, Elvin Camalov, Cavid Hüseynov (k), Şafik Tiqrudca, Ağabala Ramazanov, Davit Volkov, Riçard Qadze.
Ehtiyat oyunçular: Boyan Zoqoviç, Abdulla Seyidəhmədov, İlkin Muradov, Xulio Sezar Rodriqes, Mfo Kqasvane, Miloş Bakraç, Adrian Skarlatake, Nicat Süleymanov, Tellur Mütəllimov, Əli Şirinov.
Baş məşqçi: Zaur Həşimov 

"Fanatik Tour"un meydançası
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR