"Zirə" üçün əlamətdar gün

2017-ci ilin 29 iyun tarixində "Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, komanda Lüksemburq təmsilçisi "Differdanj”la qarşılaşıb. Riçard Qadze və Kervens Belfortun qolları ilə "qartallar” 2:0 hesablı qələbə qazanıb.
 
İlk topu qapıdan keçirən Riçard Qadze isə "Zirə”nin avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR