"Zirə"də azarkeşlərlə görüş - FOTO

"Zirə”nin baş məşqçisi Ayxan Abbasov,icraçı direktor Natiq İsmayılov və Zirə İdman Kompleksinin direktoru Vüsal Məmmədovla azarkeşlərlə görüşüb.

Sport7.az xəbər verir ki, görüşdə müxtəlif yaşlarda olan "Zirə” azarkeşləri iştirak edib.

Baş məşqçi Ayxan Abbasov klub adından fanatlara göstərdikləri dəstəyə görə təşəkkür edib. O, qazanılan uğurda onların xidmətinin çox olduğunu bildirib. Azarkeşlər də öz növbəsində klub rəhbərliyinə, baş məşqçiyə və futbolçulara qazanılan nəticələrə görə minnətdar olduqlarını deyiblər. Həmçinin, onları maraqlandıran sualları veriblər.

Sonda ən yaşlı "Zirə” azarkeşi ilə komandanın ən azyaşlı fanatı üzərində "qartallar”ın loqosu təsvir olunan tortu kəsiblər.

 
 
Sport7.az

Xəbər lenti