"Sumqayıt" və "Zirə"dən qələbə - YENİLƏNDİ

Futbolsevərlərimizin səbirsizliklə gözlədiyi Azərbaycan premyer-liqasına start verilib.

 

Sport7.az xəbər verir ki, bu mövsüm də çempionatımız 8 komandanın iştirakı ilə baş tutacaq. 4 dövrəli yarışda mövsüm ərzində hər komanda bir-biri ilə 4 dəfə qarşılaşacaq. Əslində premyer-liqamız haqda fikirlər müxtəlifdi. Düzdü yenə də ötən il olduğu kimi çempionluq uğrunda mübarizəsi böyük ehtimalla "Qarabağ”la "Qəbələ” arasında gedəcəyini proqnozlaşdıranların sayı çoxdu. Buna baxmayaraq yay transfer dönəmində sözügedənlərlə yanaşı digər klublarımız da heyətini müəyyən mənada gücləndirib. "Neftçi”, "Zirə”, "Kəpəz”i də göstərmək olar.

 

"İnter” isə transfer qadağası üzündən heyətini gücləndirə bilməyib. Zaur Svanadzenin komandasının yeni mövsümdə nə ilə yadda qalacağı maraq doğurur. Amma təcrübəsinə güvənən kollektivin həmişəki kimi iddialı olacağı gözlənilir. "Səbail” isə permyer-liqanın debütantı olduğundan avrokuboklar deyil, çempionatda qalmaq uğrunda mübarizə aparacaq. Bu haqda bizə açıqlamasında komandanın baş məşqçisi Samir Əliyev də etiraf etmişdi. Hələ ki, yeni komanda formalaşdırılsa da heyətdə legionerlərin olması "Səbail”in çempionata rəng qatacağını göstərir. "Sumqayıt”dan böyük gözləntilər yoxdu. Sadəcə ötənilki nəticələrini yaxşılaşdırmağa çalışan kluba yeni gənc futbolçular da qoşulub.


Artıq iki qarşılaşma geridə qalıb. İlk oyun günündə "Qarabağ" - "Neftçi"ni 3:1, dünən isə "Qəbələ" "İnter"i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

 

Bu gün isə daha iki görüş baş tutacaq. Günün ilk matçı Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək. "Zirə" doğma azarkeşlər önündə "Səbail"i qəbul edəcək. Samir Əliyevin rəhbərlik etdiyi debütantın nə ilə yadda qalacağı maraq doğurur. Bu komandaların ilk görüşü olduğundan hər hansı statistik məlumat yoxdu. 

 

Premyer-liqanın ilk turu Sumqayıtda bitəcək. Şəhərin eyniadlı komandası doğma azarkeşlər önündə "Kəpəz"lə oynayacaq. Tərəflər arasında Azərbaycan çempionatı çərçivəsində ümumilikdə 16 oyun baş tutub. Bunların 5-də "Kəpəz", 5-də isə "Sumqayıt" meydanı 3 xalla tərk edib. Digər 6 qarşılaşma heç-heçə nəticələnib. Top fərqində isə "Sumqayıt" rəqibindən bir addım öndədi - 20-19.

 

Əvvəlki görüşlərdə komandalar eyni sayda qələbə qazanıb. "Sumqayıt”ın meydanındakı son 4 görüşdə hər iki komanda qol vurub. "Kəpəz” 8 səfər oyunundan yalnız birində qalib gəlib.

 

Azərbaycan premyer-liqası

 

1-ci tur 

 

13 avqust

 

 

19.00. "Zirə” – "Səbail” 2:1 

 

Qollar: Duriç, 2, Qadze, 17 - Vüqar Nadirov, 43


 

"Zirə”: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 23. Yovan Krneta, 14. Qabriel Matey, 74. Yusif Nəbiyev, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 10. Orxan Əliyev

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev, 7. Kerven Belfor, 11. Viktor İqbekoyi, 17.  Vüsal İsgəndərli, 19. Elgün Nəbiyev, 38. İlkin Muradov, 99. Nicat Qurbanov, 98. Elçin Əliyev

"Səbail”:  1. Emil Balayev, 25. Eqdaras Zarskis, 23. Aryon Stati, 99. Maudo Jarjue, 20. Elton Yaqublu (k), 3. Tamazi Setsxladze, 8. Aqşin Muxtaroğlu, 17. Vüqar Nadirov, 66. Pərviz Qaraxanov, 11. Elman Taqayev, 10. Nurlan Novruzov

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 98. Kamran Əliyev, 7. Emin Mehdiyev, 26. Kamal Qurbanov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 4. Amit Quluzadə, 5. Seymur Əsədov, 77. Təyyar Məmmədov, 2. Sahil Mirzəyev

 


Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Rövşən Əhmədov

Bakı, Zirə İdman Kompleksinin stadionu.

 

21.00 Sumqayıt - Kəpəz 2:1 


Qollar: Cavid İmamverdiyev, 16, Viktor Oseqeyl, 52, Amil Yunanov, 74 

 

"Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 39. Tural Bayramlı, 90. Ramil Hasanov

"Kəpəz”: 1.Davud Kərimi, 21. Novruz Məmmədov, 3. Dedimar Fereyra, 4. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 11. Kamran Abdullazadə, 7. Sergey Çernışev, 20. Samba Dialo, 9. İlkin Sadıqov, 8. Viktor Oseqeyl

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 10. Tural Rzayev, 6. Ceyhun Cavadov, 16. Azər Məmmədov, 15. Azad Kərimov

 


Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

Sumqayıt, "Kapital Bank Arena” stadionu.

  

 

11 avqust


21.00. "Neftçi” – "Qarabağ” 1:3

(Mahir Mədətov, 15, 40, Dino Ndlovu, 62, Rahid Əmirquliyev, 90-öz qapısına)

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov

Bakı, "Bakcell Arena” stadionu.

 

12 avqust

 

20.00. "İnter” – "Qəbələ” 1:2

(Elvin Məmmədov, 13, Filip Ozobiç, 24, Pərdis Fərcad-Azad, 70)

 

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

Bakı, "İnter Arena” stadionu.

 

Sport7.az

 

Xəbər lenti