Zirədə

Zirədə "sülh", "Qarabağ"dan 7-ci qələbə - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının 7-ci, yəni birinci dövrənin son turuna bu gün yekun vurulacaq.

Sport7.az xəbər verir ki, əvvəlcə "Qəbələ" səfərdə "Zirə"nin qonağı olub. Zirə Olimpiya Kompleksinin stadionunda baş tutan görüşdə "Qəbələ" 64-cü dəqiqədə hesabda önə çıxsa da üstünlüyü qoruyub saxlaya bilməyib. Rəqib bundan cəmi 3 dəqiqə sonra hesabı bərabərləşdirib və görüş "sülh"lə yekunlaşıb - 1:1. 

Günün son qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. "Sabah" səfərdə "Qarabağ"ın qonağı olub. Vüqar Həsənlinin baş hakim olduğu qarşılaşmada ağdamlılar Maqaye Qeye və Abbas Hüseynovun vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb. 79-cu dəqiqədə isə "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə qırmızı vərəqə ilə cəzalandırılıb. 

6 oktyabr

"Zirə” – "Qəbələ” 1:1
(Ülvi İsgəndərov, 64, İlkin Muradov, 67) 

"Zirə": 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 10. Elvin Məmmədov (k), 18. Xulio Sezar Rodriges, 48. Şafik Tiqrudja, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 6. Alvaro Ampuero, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 99. Rafael Məhərrəmli, 93. Seyxan Fərəcov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Samir Abasov.

"Qəbələ": 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopes, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 19. Rövlan Muradov, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Zaur Həşimov.

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu, 18:00

"Qarabağ” – "Sabah” 2:0
(Maqaye Qeye, 17, Abbas Hüseynov, 51) 

"Qarabağ": 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 6. Simeon Slavçev, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 17. Abdullah Zubir, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli, 24. Nihad Tamazov, 45. Rauf Hüseynli.
Baş məşqçi: Qurban Qurbanov.

"Sabah": 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 14. Rəşad Eyubov (k), 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 6. Vadim Abdullayev, 77. Cavid Tağıyev, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev. 

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30

Turun dünən keçirilən digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.
 
5 oktyabr

"Sumqayıt” – "Keşlə” 0:0

"Neftçi” – "Səbail” 2:1
(Stiven Monroz, 41, Anton Krivotsyuk, 44, Ağabala Ramazanov, 81)
  
N Klublar O Q H M T-F X
1 Qarabağ 7 7 0 0 17-1 21
2 Keşlə 7 3 2 2 8-3 11
3 Neftçi 7 3 2 2 8-6 11
4 Səbail 7 3 1 3 8-11 10
5 Zirə 7 2 2 3 6-9 8
6 Sumqayıt 7 2 1 4 5-9 7
7 Qəbələ 7 1 2 4 3-14 5
8 Sabah 7 1 2 4 5-7 5
 
Bombardir: Lorenzo Frutos ("Keşlə") - 4 qol
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR