"Zirə"dən 150-ci qol

"Zirə” Azərbaycan Premyer Liqasında yubiley – 150-ci qolu vurub.
 
Sport7.az xəbər verir ki, bu, XIV turun "Səbail”lə ev matçına təsadüf edib. 4:1 hesablı qələbə qazanan "Qartallar”ın ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topa 20-ci dəqiqədə Nicat Süleymanov imza atıb.

Premyer Liqada 134-cü oyununu keçirən "Zirə” matçın sonunda qol sayını 152-yə çatdırıb. Komandanın orta məhsuldarlığı 1,13-ə bərabərdir. Bu qollardan 89-u evdə, 63-ü səfərdə vurulub.
 
2015-ci ildən Premyer Liqada çıxış edən "Qartallar” 100-cü qolu da "Səbail”lə oyunda rəqib qapısından keçirib. 1-ci və 50-ci toplar isə AZAL-la görüşlərə təsadüf edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR