“Zirə”nin futbolçusuna ağır cəza

“Zirə”nin futbolçusuna ağır cəza
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Sport7.az xəbər verir ki, iclasda XXVI Topaz Premyer Liqasının XXVII turunda baş verən qayda pozuntuları müzakirə olunub. 

"Zirə” – "Kəpəz” matçının 9-cu dəqiqəsində "Zirə” klubunun 8 №-li futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3).

Oyunun 80-cı dəqiqəsində "Kəpəz” klubunun 11 №-li futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

"Sumqayıt” – "Qəbələ” matçının 82-ci dəqiqəsində "Qəbələ” klubunun 62 №-li futbolçusu Faiq Hacıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
 
Sport7.az

Xəbər lenti