"Zirə"nin legioneri karantindən danışdı: "Çox çətindir"

"Zirə"nin futbolçusu George Anton "Publika" nəşrinə açıqlama verib. 
 
Sport7.az xəbər verir ki, o, Bakıda keçən karantin günlərindən danışıb: 
 
"Daha aktiv həyat tərzinə alışmışıq, bütün günü məşq edirdik. İndi isə fərqlidir. Bütün günü evdə qalmağa məcbur oluruq. Bu, çox çətindir. İcazə üçün verilən iki saat ərzində dostlarla birlikdə tennis, futtennis oynayırıq. Hər zaman hərəkətdəyik". 

Qeyd edək ki, George Antonun "Zirə" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR