"Sumqayıt" zirvəyə, "Neftçi" 3-cü pilləyə - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

Sport7.az xəbər verir ki, turun son oyun günündə əvvəlcə "Sabah" "Bakcell Arena"da "Neftçi"nin qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Digər qarşılaşma isə Sumqayıtda "Kapital Bank Arena"da baş tutub. Sözügedən stadionda "Sumqayıt" "Zirə" ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

6-cı tur

14:00. "Neftçi" - "Sabah" 1:0
(Namiq Ələsgərov, 29) 

"Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 26. Ömər Buludov, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 10. Saman Nərimancahan, 17. Bruno Teluşi, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov

"Sabah”: 1. Saşa Stamenkoviç (k), 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 30. Mario Marina, 18. Xulio Sezar Rodriqez, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 23. Amadu Diallo, 3. Ulise Diallo, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 60. Abbas Ağazadə
Baş məşqçi: Visente Qomez 
 
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bakcell Arena"

16:00. "Sumqayıt" - "Zirə" 2:1
(Rəhim Sadıxov, 35-p. David Volkov, 40, Tellur Mütəllimov, 59) 

"Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 21. Adəm Həmati, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 15. Hüseyn Cəfərov, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov

"Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 32. Qismət Alıyev, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı, 
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 10. Ağabala Ramazanov, 5. Kərim Diniyev, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
 
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Kapital Bank Arena"

Dünən baş tutan oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
 
"Səbail" - "Keşlə" 1:1
"Qarabağ" - "Qəbələ" 3:0
 
N Klublar O Q H M T-F X
1 Sumqayıt 6 3 2 1 9-6 11
2 Zirə 6 3 1 2 8-8 10
3 Neftçi 6 3 1 2 6-6 10
4 Keşlə 6 2 3 1 6-4 9
5 Qarabağ 5 2 2 1 8-4 8
6 Sabah 6 2 0 4 6-7 6
7 Səbail 5 1 1 3 6-8 4
8 Qəbələ 6 0 4 2 3-9 4
 
Bombardir: Əli Qurbani ("Sumqayıt") - 5 qol
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR