"Zirə"nin qənim kəsildiyi klub müəyyənləşdi

"Zirə” koronavirus pandemiyası üzündən yarımçıq başa çatan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə qarşılaşdığı bütün rəqiblərdən xal alıb.
 
Sport7.az xəbər verir ki, komanda 20 görüşdə topladığı 23 xalı 7 müxtəlif komanda ilə qarşılaşmalarda əldə edib. 
 
"Qartallar” "Səbail”dən daha çox – 6 xal alıb. Futbolçuların ən çox – 7 top vurduğu rəqib də bu komandadır. 
 
"Zirə”nin uduzmadığı yeganə komanda "Sabah”dır. Bu rəqiblə paytaxt duellərində komanda aktivinə 5 xal yazıb. "Sumqayıt”la matçlarda isə 4 xal qazanılıb. Paytaxt təmsilçisi cari mövsümdə 7 rəqibdən biri – "Neftçi” ilə iki dəfə, digər komandalarla üç dəfə üz-üzə gəlib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR