"Zirə"nin yeni transferi Bakıda

"Zirə"nin daha əvvəl anlaşdığı serbiyalı futbolçu Nemanya Ancelkoviç Azərbaycana gəlib.

Sport7.az xəbər verir ki, bu gün tibbi müayinədən keçəcək 24 yaşlı müdafiəçi ilə rəsmi müqavilə imzalanacaq. Keçidin detalları hələlik məlum deyil. Lakin legioner oyunçunun 2,5 illik sözləşməyə qol çəkəcəyi gözlənilir.

Ancelkoviç bunadək ölkəsinin "Mokra Qora", "Radnik", "Yavor" və "Metalats" klublarında çıxış edib. Onun son komandası "Zlatibor" (Serbiya) olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR