Zoran Terziç:

Zoran Terziç: "Həm Serbiya, həm də İtaliya tam gücünü göstərməyib"

Bu gün qadın voleybolçuların Avropa çempionatında yarımfinal mərhələsi çərçivəsində Serbiya və İtaliya milliləri üz-üzə gələcək.

Oyun ərəfəsində hər iki komandanın baş məşqçiləri fikirlərini bölüşüb.

Davide Matsanti (İtaliya yığmasının baş məşqçisi): "Komandanın turnirdəki çıxışından çox məmnunam. 1/4 finalda Rusiyaya qarşı əla oynadıq. Yarımfinal üçün bundan daha yaxşı hazırlıq ola bilməzdi.

Serbiya ilə oyunu səbirsizliklə gözləyirik. Bizim üçün əsl çağırış olacaq. Oyunun gedişatı mənim üçün çox maraqlıdı. İdmanda hansısa matç keçmişə olmasa da, gələcəyə yön verə bilir. Serbiya kimi, güclü komandaya qarşı ən yaxşı oyunumuzu nümayiş etdirməyə çalışacağıq".

Zoran Terziç (Serbiya yığmasının baş məşqçisi): "Mən bu oyunu "derbi" adlandırardım. Reytinq cədvəlinə nəzər salsanız, görərsiniz ki, dünyanın ən yaxşı komandalarından ikisi qarşılaşacaq. İtaliyaya qarşı oyun ağır keçəcək. Güman ki, DÇ-2018-in finalından çox da fərqlənməyəcək.

Məncə, hər iki komanda Avropa çempionatında hələ də tam gücünü göstərməyib. Həm Serbiya, həm də İtaliyanın ehtiyatında çox şey var. Maraqlı və yüksək səviyyəli oyun olacaq".

Qeyd edək ki, Serbiya - İtaliya matçı bu gün Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR