Zubirin agenti APOEL-i

Zubirin agenti APOEL-i "iynələdi" (FOTO)

"Qarabağ"ın yarımmüdafiəçisi Abdulla Zubirin agenti Sem Nordin APOEL-ə sataşıb.
 
Sport7.az xəbər verir ki, menecer şəxsi "Feysbuk" səhifəsində "Qarabağ"ın APOEL-ə vurduğu ikinci qolun videosunu paylaşıb. Hansı ki, həmin qolun ötürməsini məhz Zubir edib. Həmin vaxt məhz Zubirin ötürməsindən sonra "Qarabağ"ın hücumçusu Maqeye Qeye hesab arasındakı fərqi iki topa çatdırmışdı. 
 
Sem Nordin videoya yazdığı şərhdə isə APOEL-ə söz atıb: "Bu, ağrılıdır". Kipr mətbuatı yazır ki, Nordin bununla bir neçə il əvvəl Zubiri almaqdan imtina etdiyi üçün APOEL-ə sataşıb.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL-lə "Qarabağ"ın Kiprdəki görüşündə Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib. Bu komandaların cavab oyunu avqustun 13-ü Bakıda keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR