"Özümü çox yaxşı hiss edirəm" - Millimizin futbolçusu

"Baş məşqçinin bizdən istədiyi kimi pozitivlik və nikbinliklə çalışırıq. Yeni komandayıq, mövsüm ərzində iddialılar sırasında olmaq niyyətindəyik". 

Sport7.az xəbər verir ki, bu fikirləri "Eldigitaldealbacete" nəşrinə açıqlamasında millimizin yarımmüdafiəçisi Eddi İsrafilov deyib. 

"Albasete”nin formasını geyinən 28 yaşlı yarımmüdafiəçi Sequndanın 1-ci turunda "Espanyol"a 0:3 hesabı ilə uduzduqları matçdan nəticələr çıxartmağa çalışdıqlarını bildirib. İsrafilov hazırkı durumu haqqında bunları söyləyib: "Özümü çox yaxşı hiss edirəm. Mövsüm yeni başlayıb, daha yaxşı oynayacağıma inanıram".

O, komandadakı mühitin müsbət olduğunu sözlərinə əlavə edib: "Komandaya gənc və çalışqan futbolçular qoşulub. Onların böyümək istədiklərini gördüm. Kollektivimiz möhtəşəmdir, yeni qoşulanlarla birlikdə böyük qrup yaratdıq".  

"Albasete” 2-ci turda sentyabrın 20-də evdə "Ponferradina” ilə qarşılaşacaq.
 
Eddi İsrafilov koronavirus pandemiyası səbəbindən Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarında iştirak edə bilməyib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR