Üzündə fişəng partlayan fubolçu bu günə düşdü - FOTO

Üzündə fişəng partlayan fubolçu bu günə düşdü - FOTO
Meksika çempionatının güclü komandalarından olan "Tiqres" əsas futbolçularından birini itirib. 
 
Sport7.az xəbər verir ki, yeni ili qeyd edərkən yarlanan komandanın üzvü Yürgen Damm meydanlardan bir müddət uzaq qalacaq. Yeni il ərəfəsində üzündə fişəng partlayan 25 yaşlı futbolçu əməliyyat edilib. Klubdan verilən məlumata görə üzündə birinci dərəcəli yanıqlar olan Damm iki həftə futbol oynaymayacaq. 
 
Meksikada Apertura Liqasının ardından çempionu müəyyənləşdirəcək Klausura Liqası bu həftə start götürəcək. Yanvarın 5-də keçirilən oyunlarla başlayacaq mövsümöncəsi alman əsilli futbolçunun üzünün yanması böyük şanssızlıq kimi qiymətləndirilib. 
 
Buna bənzər olay Argentinada da yaşanmışdı. "Boka Xuniors"un sabiq futbolçusu Lukas Viatri üzündə fişəng partlamasının ardından xəstəxanalıq olmuş və sifəti tanınmaz hala düşmüşdü. Bu futbolçunun da meydanlardan bir müddət uzaq qalacağı bildirilmişdi.
 
 
 
Sport7.az

Xəbər lenti