15 yaşında meydana çıxdı, rekord qırdı

15 yaşında meydana çıxdı, rekord qırdı

İtaliya A seriyasında yeni rekord qeydə alınıb.

Sport7.az xəbər verir ki, "Bolonya”nın futbolçusu Visdom Ami çempionatın tarixinə düşüb. Mərkəz müdafiəçisi A seriyasının ən gənc futbolçusu olub. O, "Cenoa” ilə matçın (0:2) 89-cu dəqiqəsində meydana daxil olaraq rekord vurub.

Aminin debütü 15 yaş 9 aylığında gerçəkləşib. O, Amedeo Amadey və Pyetro Pelleqriyə məxsus şərikli rekordu yeniləyib. Onlar 15 yaş 280 günlüyündə A seriyasında ilk matçına çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR