18 yaşlı atletdən rekord

18 yaşlı atletdən rekord

Larissa Yapiçinonun 20 Fevral Ankonada keçirilmiş, İtaliya U20 Qış Çempionatındakı uzunluğa tullanma növü üzrə 6.91 m dünya rekordu təsdiqlənib.

Sport7.az xəbər verir ki, beşinci cəhdində bu nəticəyə çatan 18 yaşlı idmançıl 1983-cü il fevralın 1-də Berlində Hayke Drevxslerin göstərdiyi rekorddan üç santimetr çox olub. 

Yapiçino bu nəticə ilə qış mövsümdə dünya reytinqində üçüncü yerə yüksəlib. O, bu uğuru ilə bağlı İtaliya Atletika Federasiyasına açıqlama da verib: "İrreal bir yuxu, onu təsvir etmək üçün söz tapa bilmirəm. İlk düşündüyüm şey anam kimi tullana bilməyim oldu. Daha sonra dərk etdim ki, 6.91 metr U-20 yaş qrupunda dünya rekordu olmaqla, həmçinin olimpiya üçün normativdir".
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR