"2-ci qoldan sonra oyun bizim üçün daha çətin keçdi" - Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Səbail"lə keçirilən qarşılaşmadan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.

Sport7.az xəbər verir ki, mütəxəssis 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib: "Maraqlı oyun alındı. Adətən çempionatın sonuna az qalmış oyunlar psixoloji cəhətdən gərgin keçir. Ancaq hər iki komanda bunu hiss etdirmədi. Çempionatın son və ən önəmli oyunlarından biri idi. İlk dəqiqələrdən uşaqlar istəkli idi. Meydanın hər qarışı uğrunda mübarizə apardılar. İkinci hissədə həm bizim, həm də rəqibin yaxşı hücunları oldu. Amma biz ikinci hissəyə daha inamlı başladıq. Daha böyük qüvvə ilə irəli atıldıq, qələbə qazanmaq istəyirdik. 2 qol vurduqdan sonra uşaqlarda psixoloji cəhətdən artıq hesabı qorumaq fikri formalaşdı. 2-ci qoldan sonra oyun bizim üçün daha çətin keçdi. Şükürlər olsun ki, rəqib həmin müddətdə qol vurmadı və biz qələbə qazandıq. Qarşıda bir oyunumuz qalıb, ona köklənəcəyik. Bu qələbəni çox bayram etməyə vaxtımız yoxdu. 4 gün sonra "Sabah"la oyunumuz olacaq. Düşünürəm ki, futbolçular bu məsuliyyəti başa düşür. Artıq bu dəqiqədən, indiki oyunu kənara qoyub "Sabah"la matçı düşünmək lazımdı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR