Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi

"Vacib oyun idi. Liderə qarşı oynayırdıq. Bizi ancaq qələbə zirvəyə çıxara bilərdi. şükürlər olsun, hər şey istədiyimiz kimi alındı. Futbolçularımı təbrik edirəm. Oyun nizam-intizamnından razı qaldım".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının X turunda evdə "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis ardıcıl 3-cü oyunda böyükhesablı qələbə qazanmalarını bu cür izah edib: "Futbolda belə oyunlar olur. Ola bilər, futbolçulardan daha çox hücum etməyi və qol vurmağı tələb edirik. Əvvəllər bu, bizdə alınmırdı. Getdikcə futbolçularımdan daha çoxunu tələb edəcəyəm. Hazırkı vəziyyəti qorumalıyıq"

Zədəlilərin durumuna da toxunan Qurbanov bunları deyib: "Onların növbəti oyunda forma geyinmək şansları yoxdur. Bədavi çata bilər, o da dəqiq deyil. Rahillə Maksim ölkə xaricindədir. Yalnız test nəticələrindən sonra qayıda bilərlər. Rahildə yaxşılaşma var. Maksimdə isə simptomlar davam edir. Bir az gözləməliyik. Abbas və Patrik bu ayın sonunadək oynamayacaq. Ozobiç isə zədə səbəbindən meydana çıxa bilməyəcək".

Qurbanov Ağdamın işğaldan azad olunması barədə də danışıb: "Bütün xalqımı təbrik edirəm. Ağdam rəsmən bizə qayıtdı. Artıq qaçqın komandası yoxdur. Yenidən orada oynayacaq, oradakı hissləri yaşayacağıq. Bizə bu günləri yaşadan hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonra xalqımız daha da birləşəcək". (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR