"Arsenal"da yeni müqavilə

"Arsenal" Rob Holdinqlə yeni müqavilə imzalayıb.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. 26 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 2024-cü ilədək uzadılıb. Tərəflər müqavilə başa çatdıqdan sonra əməkdaşlığı daha 1 il davam etdirə bilərlər.

2016-cı ildən "Arsenal"da çıxış edən ingiltərəli oyunçu 96 rəsmi matçda meydana çıxıb və 2 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR