Avropa çempionatının vaxtı açıqlandı

Avropa çempionatının vaxtı açıqlandı

Kişi voleybolçular arasında Avropa çempionatının vaxtı açıqlanıb.
 
Sport7.az xəbər verir ki, bu barədə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, turnir 1 - 19 sentyabrda Polşa, Finlandiya, Çexiya və Estoniyada keçiriləcək.

Yarışda 24 yığma iştirak edəcək. İlkin mərhələdə komandalar 4 qrupa bölünəcəklər. 16 ən yaxşı yığma pley-off-a vəsiqə qazanacaq.

Qeyd edək ki, Avropa çempionatının son qalibi Serbiya olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR