Bundesliqa klubu baş məşqçisini göndərdi

Bundesliqa klubu baş məşqçisini göndərdi

"Verder" baş məşqçisi Florian Kofeldtlə yollarını ayırıb.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yerləşdirilib. 39 yaşlı mütəxəssisin müqaviləsi uğursuz nəticələrə görə ləğv edilib. Bremen təmsilçisini Mönhenqladbax "Borussiya"sı ilə son matça 14 il komandaya rəhbərlik etmiş Tomas Şaaf çıxaracaq.

"Verder" Bundesliqada 33 oyundan sonra 31 xalla 16-cı sıradadır. Mayın 22-də keçiriləcək "Verder" - "Borussiya" (Mönhenqladbax) matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR