Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası "İHF/EHF Trophy”də iştirak edəcək.

Sport7.az xəbər verir ki, ardıcıl ikinci dəfə Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq yarışda inkişaf etməkdə olan 6 komanda mübarizə aparacaq. Turnir iyunun 14-19-da baş tutacaq. Komandalar təkcə kubok deyil, həm də AVRO-2024-ün seçmə mərhələsindən əvvəlki pley-offuna vəsiqələr uğrunda mübarizə aparacaq. İlk üç yeri tutan yığmalar bu hüququ qazanacaq.

Vidadi Əliyevin rəhbərlik etdiyi Azərbaycan millisi B qrupunda Moldova və Gürcüstanla üz-üzə gələcək. A qrupunda Andorra, Bolqarıstan və Kipr yer alıb. 

Qrup oyunları iyunun 14-16-da baş tutacaq. İlk iki yeri tutanlar ayın 18-də yarımfinalda üz-üzə gələcək. Final və üçüncülük matçı ertəsi gün təşkil olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR