"Qarabağ"da yeni müqavilə

"Qarabağ” daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.
 
Sport7.az xəbər verir ki, klub Toral Bayramovla müqavilə müddətini uzadıb. 20 yaşlı yarımmüdafiəçi qarşıdakı 3 il ərzində "Qarabağ"ın formasında çıxış edəcək.

Bayramov ötən mövsüm meydana çıxdığı 26 oyunda 2 qola, 5 məhsuldar ötürməyə imza atıb.
 
Klub buna qədər Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Qara Qarayevlə də müqavilə müddətini artırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR