"Sumqayıt"da yeni müqavilə

"Sumqayıt" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
 
Sport7.az xəbər verir ki, 2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən klub vitse-kapitan Vüqar Mustafayevlə müqavilə müddətini uzadıb. Futbolçu növbəti mövsümdə də "Sumqayıt"da çıxış edəcək.

2019-cu ildən Sumqayıtın eyniadlı təmsilçisinin şərəfini qoruyan Mustafayev bu müddət ərzində ümümilikdə 40 oyunda meydana çıxıb. Mustafayev həmçinin Azərbaycanın U-21, U-23 və "A" millilərinin uğurları üçün çalışıb.
 
Klub buna qədər baş məşqçi Ayxan Abbasov, futbolçular Vurğun Hüseynov, Murad Xaçayev və Elvin Məmmədovla da müqavilə müddətini uzadıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR