"Neftçi"nin rəqibi dəyişdi

"Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi dəyişib.

Sport7.az xəbər verir ki, Macarıstanın "Fehervar” klubu zədəlilərinin çox olması ilə əlaqədar komandamızla sınaq matçından imtina edib. Buna görə də "ağ-qaralar” iyunun 24-də Sloveniyanın "Domjale” klubu ilə qarşılaşacaq.

"Domjale” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək və "Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
 
Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən "Ramada Hotel Suites”də məskunlaşan komanda toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də "Kodeljevo Sport Ljubljana” stadionunda yerli "Olimpiya” (Lyublyana) klubuna qarşı keçirib (1:1). Flaqman iyunun 29-u Moskva "Spartak”ı ilə üz-üzə gələcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR