23 ildən sonra yenidən A Seriyasında

23 ildən sonra yenidən A Seriyasında

Yeni mövsümdə İtaliya A seriyasında oynamaq hüququ qazanana daha bir komandanın adına aydınlıq gəlib.

Sport7.az xəbər verir ki, komanda İtaliya B seriyasının son turunda "Peskara"ya 3:0 hesabı ilə qalib gələrək buna nail olub. Qələbədən sonra xalını 69-a yüksəldən Fabrizio Kastorinin rəhbərlik etdiyi komanda B seriyasını 2-ci pillədə tamamlayıb və çempion "Empoli"dən sonra elitaya vəsiqə qazanan ikinci kollektiv olub.

"Salernitana" sonuncu dəfə A seriyasında 1997/1998 mövsümündə oynayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR