3-cü Avropa Oyunları üç şəhərdə

3-cü Avropa Oyunları üç şəhərdə

Polşada baş tutacaq III Avropa Oyunlarının keçiriləcəyi şəhərlərin siyahısına daha biri əlavə edilib.

Sport7.az xəbər verir ki, Polşanın Krakov və Malopolska şəhərləri ilə yanaşı, Sileziya da 2023-cü ildə keçiriləcək Avropa Oyunlara ev sahibliyi edəcək. Bu barədə qərar Avropa Olimpiya Komitələri rəhbərliyinin, Beynəlxalq Olimpiya Komitəsi nümayəndələrinin, ölkə rəhbərliyi, habelə digər maraqlı tərəflərlə keçirilən işgüzar görüşdən sonra qəbul edilib.
 
Bununla yanaşı, atletikanın da Oyunların proqramına daxil edilməsi müzakirə edilib və bu barədə qərarın yaxın zamanlarda veriləcəyi gözlənilir. Təşkilatçılar atletika yarışlarını Sileziya şəhərindəki stadionda keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, üçüncü Avropa Oyunları 2023-cü il iyunun 9-dan 25-dək keçiriləcək. Tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda təşkil olunub.
 
Sport7.az




OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR