37 yaşlı futbolçu Türkiyədə rekorda imza atdı

37 yaşlı futbolçu Türkiyədə rekorda imza atdı

"Yeni Malatyaspor”un hücumçusu Umut Bulut tarixi rekorda imza atıb.

Sport7.az xəbər verir ki, veteran futbolçu buna Super Liqanın 26-cı turunda "Konyaspor”la matçda nail olub. Qarşılaşmanın ilk "11-liy”ində yer alan Umut karyerası ərzində Türkiyə çempionatlarında 504-cü oyununa çıxıb. 38 yaşlı oyunçu bu rəqəmə çatmaq üçün 18 mövsüm keçirib.

Bununla da Oğuz Çətinə məxsus rekordu yeniləyən Umut Türkiyə çempionatları tarixində ən çox oyun keçirən futbolçu ünvanına yiyələnib. Matçdan əvvəl "Yeni Malatyaspor” rəhbərliyi bu rekorda görə forvarı mükafatlandırıb.

Ölkə çempionatında 2002-ci ildə debüt edən Umut Bulut 5 fərqli klubda çıxış edib, 10 titul qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR