39 yaşında

39 yaşında "het-trik" edib rekordu qırdı

"Bolonya"nın futbolçusu Rodriqo Palasio İtaliya A seriyasında yeni rekorda imza atıb.

Sport7.az xəbər verir ki, o, buna ötən gün 34-cü turda "Fiorentina" ilə matçda (3:3) nail olub. 39 yaş 86 günlüyündə olan hücumçu görüşdə het-trik edib. Beləliklə, Palasio yerli çempionatda 1 matçda 3 qol vurmağı bacaran ən yaşlı oyunçu olub. İndiyədək bu göstəricidə rekord isə 1950-ci ildə 37 yaş 51 günlüyündə het-trik edən Silvio Piolaya məxsus idi.

Palasio bu mövsüm A seriyasında 32 matçda 4 qol vurub və eyni sayda qolun ötürməsini verib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR