ABŞ-da oynayan azərbaycanlı futbolçu zədələndi

ABŞ-da oynayan azərbaycanlı futbolçu zədələndi

ABŞ klubu "Finiks Rayzinq"də çıxış edən azərbaycanlı futbolçu Rüfət Dadaşov zədələnib.

Sport7.az xəbər verir ki, 30 yaşlı hücumçu Milli Futbol Liqasında (USL) "San Dieqo Loyal"a səfərdə 1:2 hesabı ilə uduzduqları görüşdə xəsarət alıb. Bu səbəbdən 59-cu dəqiqədə əvəzlənməli olub. Forvardın sümüyü əzilib və o, son iki gündə komanda ilə məşqlərə qoşula bilməyib.

Onun iyunun 27-də "Sakramento" ilə qarşılaşmanı buraxacağı gözlənilir.

Dadaşov 2020-ci ilin yanvarında ABŞ klubuna keçib. O, 2013 - 2020-ci illərdə Azərbaycan millisinin də formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR