Adı

Adı "Şöhrət Zalı"na salındı, ağladı

Braziliya millisinin və İtaliya "İnter"inin sabiq futbolçusu Adrianonun adı "Marakana" stadionunun Şöhrət Zalına daxil ediləcək.

Sport7.az xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə instaqram hesabında bildirib. Adriano bunu eşidəndən sonra göz yaşlarını saxlaya bilməyib və ağlamağa başlayıb. O, "Marakana" stadionunda Şöhrət Zalında 123-cü idmançı və 104-cü futbolçu olacaq.

Keçmiş oyunçu bunu hər zaman xəyal etdiyini bildirib. Adriano dünyasını dəyişən atasının bu anı görmədiyi üçün təəssüfləndiyini söyləyib.

2000-2001, 2009-2010 və 2012-ci ildə Flamenqoda çıxış edən Adriano bu komandanın heyətində 46 qola imza atıb. Keçmiş forvard bunlardan 27-sinə "Marakana" stadionunda imza atıb. Şöhrət Zalı 2000-ci ildə arenanın 50 illiyi şərəfinə təşkil edilib.
 
Adriano İtaliyada "İnter"dən başqa "Fiorentina", "Parma" və "Roma"da, Braziliyada "Korintians", "Sao Paulo", "Flamenqo", "Atletiko Paranense", ABŞ-da isə "Mayami Yunayted"də forma geyinib. 
 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR