AFFA 4 kluba defibrilyator cihazı verdi - FOTO

AFFA 4 kluba defibrilyator cihazı verdi - FOTO

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş 4 oyununda zərurət yaranacağı təqdirdə istifadə olunmaq üçün alınmış defibrilyator cihazları AFFA tərəfindən "AVRO-2020-nin irsi proqramı” çərçivəsində təmənnasız olaraq bu mövsüm avrokuboklarda çıxış edən "Neftçi”, "Qarabağ”, "Keşlə” və "Sumqayıt” klublarına verilib.

Sport7.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında çıxış edən digər 4 kluba isə qeyd olunan cihazlar 2021/2022-ci il mövsümünün başlanması ərəfəsində təqdim olunacaq.

İyunun 12-də, 16-da və 20-də AVRO-2020-nin A qrupunun 3 oyunu, iyulun 3-də isə 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR