AFFA-dan

AFFA-dan "Sumqayıt"ın futbolçusuna 4 oyunluq cəza

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Premyer Liqanın 25-ci turu çərçivəsində baş tutan oyunlarda yol verilən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılkıb. 
 
03.05.2021-ci ildə Premyer Liqanın XXV turunun "Səbail” – "Qəbələ” oyununda "Qəbələ” klubunun 77 nömrəli futbolçusu Merab Qiqauri qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. (maddə 47)
 
04.05.2021-ci ildə Premyer Liqanın XXV turunun "Sumqayıt” – "Sabah” oyununda "Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
 
04.05.2021-ci ildə Premyer Liqanın XXV turunun "Sumqayıt” – "Sabah” oyununda matçın 85-ci dəqiqəsində "Sumqayıt” klubunun 5 nömrəli futbolçusu Cəmaləddin Xocaniyazov "aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 3200 manat cərimə olunur. (maddə 37.3)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR