AFFA rəsmisi Çempionlar Liqasının finalında

AFFA rəsmisi Çempionlar Liqasının finalında

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.
 
Sport7.az xəbər verir ki, qadınlar arasında UEFA Çempionlar Liqasının final oyununun UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq. İsveçin Göteborq şəhərindəki "Qamla Ullevi” stadionunda keçiriləcək finalda "Çelsi” (İngiltərə) və "Barselona” (İspaniya) qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR