AFFA Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri keçirir

AFFA Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri keçirir

AFFA-nın maliyyə dəstəyi, "Sirius” Futbol Akademiyasının təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən "Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri” layihəsinin açılış mərasimi keçirilib.
 
Sport7.az xəbər verir ki, Tədbirdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, Sosial Xidmətlər Agentliyinin Müəssisələrlə iş departamentinin müdiri Sara Ağayeva, millət vəkilləri Müşfiq Cəfərov, Pərvin Kərimzadə, "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva, Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev iştirak edib.
 
Turnirdə 8 komanda iştirak edir. Reqlamentə əsasən, turnir 1/4 final, yarımfinal və final mərhələlərindən ibarət olacaq. Turnirin iştirakçılarına sertifikat, medal, qaliblərinə isə kubok və iştirakçıların sağlamlıq durumların yaxşılaşdırılması məqsədilə reabilitasiya üçün pul mükafatı təqdim ediləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR