Çalhanoğlu klubunu dəyişməyə yaxındı

Çalhanoğlu klubunu dəyişməyə yaxındı

Türkiyə millisinin və "Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu klubunu dəyişə bilər. 

Sport7.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Məlumata görə Çalhanoğlu Milanda qalacaq, amma başqa klubun heyətində çıxış edəcək. 30 iyunda müqaviləsi başa çatacaq futbolçunu "Milan" yeni müqaviləyə razı sala bilməyib. Əvəzində isə Milan şəhərinin digər təmsilçisi "İnter" 27 yaşlı futbolçuya daha sərfəli təklif irəli sürməyə hazırdır. 

"İnter" karyerasını başa vuracağı gözlənilən Kristian Eriksenın yerinə futbolçu axtarışındadır. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR