Alman futbolçu

Alman futbolçu "Borussiya"nın tarixinə düşdü

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Mançester Siti”nin qonağı olan Dortmund "Borussiya”sı 1:2 hesabı ilə məğlub olub.

Sport7.az xəbər verir ki, almanların yeganə qolunun müəllifi olan Marko Roys klubun tarixinə düşüb. "Borussiya”nın heyətində ÇL-dəki qollarının sayını 18-ə çatdıran 32 yaşlı yarımmüdafiəçi dortmundluların bu turnirdəki ən məhsuldar oyunçusu ünvanına yiyələnib. O, hazırda "Bavariya”da çıxış edən Robert Levandovskinin rekordunu yeniləyib.

Bu komandalar arasında cavab görüşü aprelin 14-də Dortmundda keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR