AMADA AQTA ilə görüşdü

AMADA AQTA ilə görüşdü

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında videokonfrans formatında görüş keçirilib.

Sport7.az xəbər verir ki, görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli və AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva iştirak edib.

Tədbirdə "İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyanın müvafiq maddələri, idman qidaları barədə yerli qanunvericilik və mövcud tənzimləyici mexanizm müzakirə olunub.

Daha sonra idman qidasının dopinq vasitələrilə saxtalaşdırılmasına qarşı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR