Ançelotti

Ançelotti "Çelsi"nin futbolçusunu istəyir

"Çelsi"nin 28 yaşlı hücumameyilli yarımmüdafiəçisi Hakim Ziyeş karyerasını Madrid "Real"ında davam etdirə bilər.
 
Sport7.az xəbər verir ki, bu barədə "Radio Marca" məlumat yayıb.

Mənbənin məlumatına görə, "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti özü şəxsən mərakeşli futbolçunun xidmətlərində maraqlıdır. İtaliyalı mütəxəssis artıq klub prezidenti Florentino Perezə müraciət edərək cari yay transfer dönəmində futbolçunun keçidini rəsmiləşdirməyi istəyib.

Ötən mövsümün əvvəlində "Çelsi"yə transfer olunan Ziyeş 2020/21-ci illər mövsümündə London klubunun forması ilə meydana çıxdığı 23 rəsmi qarşılaşmada 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR