Ançelotti

Ançelotti "Roma"dakı həmyerlisi ilə danışıqlara başladı

İtaliya millisinin heyətində çıxışlarını uğurla davam etdirən 28 yaşlı sol cinah müdafiəçisi Leonardo Spinazzola "Roma"nı tərk edə bilər.
 
Sport7.az xəbər verir ki, bu haqda "AS" məlumat yayıb. "Real" da futbolçunun xidmətlərində maraqlı olan klublardandır. Daha öncə "Tottenhem" və "Çelsi"nin də onunla maraqlandığı xəbərləri yayılmışdı

Madridlilərin yeni baş məşqçisi Karlo Ançelotti öz həmyerlisini transfer etmək niyyətindədi. O, Spinazzolanı klubu tərk edəcəyi gözlənilən Marselonun əvəzləyicisi kimi görür. 
 
"Kral klubu"nun nümayəndələri  futbolçunun transferi ilə bağlı romalı həmkarları ilə görüşərək hazırda "Roma"da icarə əsasında çıxış edən futbolçular Borxa Mayoralı da Spinazzola transferinin tərkib hissəsi kimi təklif etdikləri bildirilir. Lakin italyanlar bu variantı gözdən keçirmirlər və Spinazzolanın transferindən 30 milyon avro qazanc əldə etməyi düşünürlər
 
Spinazzola 2020/21-ci illər mövsümü ərzində "Roma" forması ilə meydana çıxdığı 27 "A" seriya qarşılaşmasında 2 qol vurmağı bacarıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR