Arda Turan

Arda Turan "Qalatasaray"la razılığa gəldi

"Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanı geri qaytarır.
 
Sport7.az xəbər verir ki bu barədə türk mətbuatı məlumat yayıb.

İddialara görə, artıq İstanbul klubu sabiq kapitanı ilə razılıq əldə edib.
 
Onunla 2+1 illik müqavilə imzalanacaq. Arda hər oyuna 15 min avro qazanacaq. Bundan başqa, müqavilədə bəzi bonuslar da yer alacaq. Hətta Ardanın növbəti mövsüm "Qalatasaray"ın kapitanlarından biri olacağı vurğulanıb.

Qeyd edək ki, Arda Turan 2004-11-ci illərdə də "Qalatasaray”ın formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR