"Arsenal" fanatlarından Məsut Özilə dəstək

"Arsenal"ın azarkeşləri uzun müddət meydana çıxmayan Mesut Özilə dəstək olub.

Sport7.az xəbər verir ki, London təmsilçisinin fanatları 32 yaşlı yarımmüdafiəçi üçün imza kampaniyası başladıb. Azarkeşlər ilk olaraq 5 min imzanın toplanmasını hədəfləyiblər. Lakin qısa zaman ərzində minlərlə insan Almaniya yığmasının sabiq üzvünə dəstəyini ifadə edib. Onlar Özilin Premyer Liqa və Avropa Liqası matçlarında iştirak etməsini istəyiblər.

Mesut Özil daha əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstəyini nümayiş etdirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR