"Arsenal"ın braziliyalı ulduzu əməliyyat olundu

"Arsenal"ın zədəli futbolçusu David Luis əməliyyat olunub.

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı müdafiəçi sağ dizindən əməliyyat edilib. O, reabilitasiya prosesi üçün evə buraxılıb. Futbolçunun yaxın həftələrdə sağalacağı gözlənilir.

Bir neçə gün əvvəl isə baş məşqçi Mikel Arteta braziliyalı oyunçunun əməliyyat olunacağı təqdirdə bərpa prosesinin daha uzun müddət alacağını açıqlamışdı.

Müdafiəçi bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 29 matçda 2 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR