"Artıq daha az qol vurmağa diqqət yetirirəm" - Messi

"Barselona”nın kapitanı Lionel Messi son vaxtlar az qol vurmasına aydınlıq gətirib.

Sport7.az xəbər verir ki, argentinalı ulduz oyun üslubunda dəyişiklik etdiyini söyləyib. 33 yaşlı ön xətt oyunçusu komandanın qol vurmasına geridən töhfə verməyə çalışdığını deyib: "Artıq daha az qol vurmağa diqqət yetirirəm. Komandamın işinə, qələbəsinə mümkün qədər çox töhfə verməyə çalışıram. Geridən oynamağım da buna hesablanıb”.

Messi cari mövsüm La Liqada keçirdiyi 3 oyunda 1 qola imza atıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR