Aşağı yaş liqalarında mövsümün startı təxirə salındı

Aşağı yaş liqalarında mövsümün startı təxirə salındı

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqalarda 2020/2021 mövsümünün startı təxirə salınıb.

Sport7.az xəbər verir ki, 17 - 23 oktyabrda keçirilməsi nəzərdə tutulan bütün liqaların oyunları ertələnib.

Buna Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusun yayılmasına görə tətbiq etdiyi məhdudiyyətlər səbəb olub. AFFA matçların keçiriləcəyi tarixlər barədə əlavə məlumatların veriləcəyini bildirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR