"Atalanta"da yapon futbolçu oynaya bilər

Növbəti mövsüm də İtaliyanı UEFA Çempionlar liqası turnirində təmsil edəcək olan "Atalanta" heyətini gücləndirmək istəyir.
 
Sport7.az xəbər verir ki, bu hqda "Sky Sport" məlumat yayıb. Berqamo təmsilçisi "Boloniya"nın 22 yaşlı yapon mərkəz müdafiəçisi Takehiro Tomiyasunu rənglərinə bağlamaq niyyətindədi.

Klub futbolçu üçün ilkin olaraq 15 milyon avro və bonus şəklində əlavə 3 milyon avro təklif etsələr də imtina cavabı alıblar. "Atalanta" rəhbərliyi "Boloniya"nı transferə razı salmaq üçün ikinci təklifin üzərində işləyir. Klub düşünür ki, 20 milyon avro və müəyən bonuslarla "Boloniya" rəhbərliyini razı sala bilərlər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR