"Atalanta"nın qolkiperi paytaxt klubuna keçmək niyyətindədi

"Atalanta"nın 26 yaşlı italiyalı qapıçısı Pyerluici Qollini "Roma"nın transfer siyahısındadı.
 
Sport7.az xəbər verir ki, bu barədə italiya mətbuatı yazıb. Paytaxt klubunun nümayəndələri berqamolu həmkarları ilə görüşdə təcrübəli qapıçının mümkün keçidi məsələsi ətrafında müzakirələr aparıblar və 15 milyon avro dəyərində təklif irəli sürülüb.

"Atalanta"nın isə sözügedən keçid üçün 20 milyon avro istəyir. Tərəflər arasında transferə əlavə bonus opsiyalarının da daxil olunması ilə əlaqədar danışıqlar davam etdirilir. 
 
Romalılar qarşıdakı üç il ərzində irəli sürülən bütün maliyyə tələblərini yerinə yetirməyi qarşı tərəfə zəmanət verib. Mənbə Qollinin özünün paytaxt klubuna keçidə razılıq verdiyini təsdiqləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR