"Australia Open"i serbiyalı tennisçi qazandı

Serbiyalı tennisçi Novak Cokoviç karyerasında 9-cu dəfə Avstraliya açıq çempionatının (Australian Open) qalibi olub.

Sport7.az xəbər verir ki, fevralın 21-də kişilər arasında keçirilən final qarşılaşmasında Novak Rusiya tennisçisi Daniil Medvedevə üç setdə qalib gəlib (7:5, 6:2, 6:2).

Cokoviç həmçinin "Böyük dəbilqə” seriyasından olan ABŞ açıq çempionatının da üçqat qalibidir (2011, 2015 və 2018).

Avstraliya açıq çempionatının qadınlar arasında keçirilən final görüşündə yaponiyalı Naomi Osaka ABŞ tennisçisi Cennifer Brediyə iki setdə (6:4, 6:3) qalib gələrək ikinci dəfə turnirin qalibi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR